Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinə müdir müavini

  • AzerGold
  • 2 gün əvvəl
  • Yoxlanılmış işəgötürən

Vakansiyanın təsviri



Şirkət haqqında:

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, müdir müavini

• Şöbənin fəaliyyətini təşkil etməkdə iştirak etmək və təkliflərini bildirmək;
• Şöbə əməkdaşları tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətinə nəzarət etmək;
• Şöbə əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil edilməsində şöbə müdirinə dəstək olmaq;
• Cəmiyyətin hasilat sahələrində istehsalat işlərinə nəzarətin aparılmasında iştirak etmək;
• Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarət edilməsi üzrə görülən tədbilərin təşkil edilməsinə iştirak etmək;
• Cəmiyyətin hasilat sahələrinin, həmçinin şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;
• Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsini təşkil etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Hasilat sahələrinin idarəedilməsi prinsip və mexanizmlərini;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək, Mühəndislik proqram təminatları (Autocad, Gemcom, Surpac və s.) ilə tanışlıq arzuolunandır.
• Dağ-mədən və geologiya sahəsi üzrə hər hansı sertifikatın olması arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil.
• Dağ-mədən və ya geologiya sahəsi üzrə minimum 6 il iş təcrübəsinin və idarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsinin olması tələb olunur.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.