Çağrı mərkəzi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Vakansiyanın təsviri

AFB Bank Satış Strukturu Çağrı mərkəzi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis/Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Bank sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
• Ünsiyyət və komandada işləmək bacarığı;
• MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik və operativlik;
• Problem həll etmə bacarığı.

İŞİN TƏSVİRİ:

• Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
• Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
• Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
• Çağrı Mərkəzinə email vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
• Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
• Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Çağrı mərkəzi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.