Sosial media meneceri (SMM) üzrə kiçik mütəxəssis

Vakansiyanın təsviri

Sosial media meneceri (SMM) üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Marketinq bölməsində SMM üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Kimlər müraciət edə bilər?

• 22-28 yaş aralığında gənclər
• Sahə üzrə 1 il iş təcrübəsinə malik şəxslər

Hansı özəlliklərə malik olmalıdır?

• Yüksək səviyyədə azərbaycan və rus dili bilikləri (ingilis dili biliyi üstünlükdür)
• Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
• Facebook Ads üzrə biliklər
• Google Analytics, Google Ads üzrə biliklər üstünlükdür
• Kreativ yanaşma
• Analiz etmə və araşdırma qabiliyyəti

SMM üzrə kiçik mütəxəssis nə iş görür?

• Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi
• Sosial media üçün aylıq post planının hazırlanması
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
• Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
• Sosial media postları üçün kontentlərin yazılması
• Sponsorlu (targeting) reklamların verilməsi
• Səhifənin aylıq hesabatlarının hazırlanması
• Qrafik dizaynerə düzgün və dəqiq brief verilməsi
• Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması

Əlavə məlumat

• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “SMM üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.