Məişət texnikası ustası

Vakansiyanın təsviri

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vacancy: Məişət texnikası ustası

Vəzifə öhdəlikləri:

• Bütün növ məişət texnikasının yüksək səviyyədə təmiri və quraşdırılması;
• Tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi;
• Ölçü alətləri və test cihazlarınından professional səviyyədə istifadə bacarığı;
• Şirkətdaxili qaydalara, təlimat ve prosedurlara riayət etməli;
• İş mühitini daim təmiz ve səliqəli saxlamalı.

Tələblər:

• Böyük məişət texnikasının təmiri üzrə iş təcrübəsi - 3 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır);
• Paltaryuyan maşınların təmiri üzrə iş təcrübəsi;
• Soyuducu təmiri üzrə iş təcrübəsi;
• Elektron plata ve sistemə aid biliklərinin olması;
• Məişət texnikasının professional təmiri ve montajı haqqında tam məlumatlı olması;
• Şəxsi keyfiyyətlər: məsuliyyətli, punktual, dəqiq, müştərilərlə ünsiyyət bacarığı.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• Həftədə 6 iş günü, bazar günü - istirahət günüdür

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kp53vxf7