Database Administrator

Vakansiyanın təsviri

“A2Z Advisors” QSC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir.

Hazırda İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “A2Z Advisors” QSC namizədləri mövcud olan “Database Administrator” 2500-3000 AZN vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

- Məlumat Bazaları üçün prosedur və təlimatların tərtib və tətbiq etmək, mütəmadi yeniləmək
- Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarəetmək
- Məlumat bazalarının tamlığının və təhlükəsizliyinin siyasətlərə uyğun sazlamaq
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
- Gündəlik sazlama, quraşdırma, nəzarət və avtomatlaşdırmaq, təkmilləşdirmə fəaliyyətini icra etmək
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək
- Məlumat bazalarının ehtiyat nüsxələrinin alınması və bu nüsxələrdə geri qaytarılması
- Məlumat bazalarının klasterizasiyası, replikasiyası və dizayn qurulması

TƏLƏBLƏR:

- İş təcrübəsi: Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 2 il iş təcrübəsi
- Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
- MySQL, PostgreSQL və Mongodb məlumat bazaları üzrə dərin biliklər
- PostgreSQL məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər
- Komanda şəklində işləmə bacarığı
- PostgreSQL prosedur dili biliyi (əla səviyyədə);
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.