Satınalma üzrə mütəxəssis

Vakansiyanın təsviri

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Məqsəd Azərbaycan vətəndaşlarının mənzilə olan ehtiyaclarını ödəmək istiqamətində işlər aparmaq, yaşayış yeri ilə təmin etmək üçün son dərəcə keyfiyyətli, etibarlı, estetik, kompakt, hazır və davamlı evlər qurmaq və modern,klasik,vip üslubda
təmir işləri görməkdir.

Vəzifə: Satınalma üzrə mütəxəssis

Tələblər:

• Ali təhsil,
• Göstərilən vəzifə üzrə min 1-2 il təcrübə,
• Şəxsi avtomobil (amortizasiya xərclərəri qarşılanır),
• Satınalma prinsiplərini bilməli,
• Analitik düşünmə və problemləri həll etmə bacarığı,
• Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
• MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
• Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı,
• Komandada işləmə bacarığı.

İş şəraiti:

- Əmək haqqı: 700 AZN + BONUS (KPİ),
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış,

Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.