Tedarük planlama üzrə mütəxəssis

Vakansiyanın təsviri



AZƏRSUN HOLDİNQ

Vəzifə : Tedarük planlama üzrə mütəxəssis

Əsas tələblər:

• Ali təhsilli olmalı (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
• Planlama üzrə minimum 1 illik təcrübəyə sahib olmalı;
• MS Excel proqramını yaxşı səviyyədə bilməli;
• Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.

Vəzifə təlimatı:

• Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik,aylıq və ya illik olmaqla istehsal planlamasını hazırlamalı;
• Planlanan məhsulun zamanında istehsala daxil olması üçün səy göstərməli,
• Əldə olan və yeni təmin edilən məhsulu stokda saxlayaraq doğru şəkildə paylanmasını həyata keçirtməli;
• Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək bağlı olduğu rəhbərə bildirməli;
• İstehsal olunmuş məhsulun stokunu təqib etməli və stokda əksilən məhsulların istehsal planını verməli;
• Kənardan alınan məhsulların müddətinə və istehsal həcminə görə stoku formalaşdırmalı;
• İstehsal proqramında olmayan, lakin təcili istehsal olunması lazım olan məhsulların istehsalını həyata keçirilməsi üçün səy göstərməli;
• Xüsusi kampaniyalar zamanı istehsal olunan məhsulların siyahısını hazırlayıb bağlı olduğu rəhbərinə təqdim etməlidir.

Əlavə məlumat:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.comünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Tedarük Planlama üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.