Məlumat Mərkəzi üzrə mütəxəssis

Vakansiyanın təsviri



“Ziraat Bank Azərbaycan” ASC Məlumat Mərkəzi üzrə mütəxəssis” vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali təhsil;
• Ən azı 1 illik bank stajı;
• İşlərin yerinə yetirilməsində əsas sayılan Azərbaycan Respublikasının Mərkəzi Bankının və digər qanunvericilik orqanlarının normatıv sənədlərinin tələblərini, bankdaxili normativ sənədlərin tələbləri üzrə biliklər;
• Ümumi bank işi haqqında biliklər, işin təşkili, analitik düşünmə bacarığı, problemləri həll etmə qabiliyyəti;
• Azərbaycan və rus dili üzrə səlis nitq bacarığı;
• MS Office, Internet Explorer və iş fəaliyyəti üçün zəruri olan digər proqramlar üzrə bilik və bacarıqlar.

Əsas vəzifələr:

• Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
• Müraciət edən müştərilərə məlumatların verilməsi:
• Bankın əməliyyatları üzrə tarifləri, əməliyyatların rəsmləşmə və icra prosedurları və biznes prosesləri haqqında məlumatların verilməsi;
• Bankın müştərilərə təklif etdiyi xidmətlər haqqında məlumatların verilməsi;
• Müştərilərin identifikasiya edilməsi ilə, hesab qalıqları, daxil olma və məxaric olmalar haqqında məlumatlar, bank kartlarının bloka salınması və blokdan çıxarılması, icra olunmuş köçürmə əməliyyatları haqqında məlumatların verilməsi;
• Hesabların açılması proseduru və tələb olunan sənədlər haqqında məlumatların verilməsi;
• Kreditlərin verilməsi proseduru və tələb olunan sənədlər haqqında məlumatların verilməsi;
• Əmanət, plastik kartların əldə edilməsi, plastik kartlar ilə icra oluna bilinən əməliyyatlar və şərtləri haqqında məlumatların verilməsi;
• Pul koçürmələri, istifadə olunan müxbir banklar və komissiyalar haqqında məlumatların verilməsi;
• İnternet/Mobil Banking-dən istifadə etmə, qoşulma və yaranmış problemlərlə bağlı müştərilərin məlumatlandırılması;
• Bankın işə qəbul prosesi haqqında məlumatların verilməsi;
• Bankın maliyyə vəziyyəti (aktiv, passiv, gəlirləri), səhmdarları və quruluşu haqqında ümumi məlumatın verilməsi;
• Bank seyflərinin istifadə edilməsi prosesi və tariflər haqqında məlumatın müştərilərə verilməsi;
• Əmək haqqı layihəsi və şərtləri haqqında məlumatların verilməsi;
• Daxil oan zənqlərin aidiyyatı şəxslərə yönləndirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məlumat mərkəzi” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.