Kiçik Hüquqşünas

Vakansiyanın təsviri

KİÇİK HÜQUQŞÜNAS

Vəzifə öhdəlikləri:

• Hüquqi sənədlərin tərtib edilməsi;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin tərtib olunması və göndərilməsinə nəzarət edilməsi;
• Müqavilələri hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Mövcud müqavilələrə əlavə razılaşmaların layihələrini hazırlamaq;
• Müqavilənin mətninin razılaşdırılmasıyla bağlı danışıqlarda iştirak etmək;
• Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
• Müqavilənin icrası zamanı yaranmış problemləri təhlil etmək, yaranmış problemlərin həlli üçün müvafiq tədbirlər görmək;
• Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının təşkil edilməsi;
• Zəruri hallarda Şirkətin maraqlarının dövlət qurumlarında təmsil edilməsi;
• Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların icrasını təmin etmək.

Tələblər:

• Ali hüquq təhsili;
• Kommersiya hüququ sahəsində zəruri biliklərin olması;
• Yaş həddi: 24-40;
• Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
• Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzu olunandır;
• Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
• Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
• Mülki-hüquqi müqavilələrlə işləmə və təhliletmə bacarığı;

Təminatlar:

• Peşəkar ünsiyyət qurma bacarığı, fikirlərin şifahi və yazılı şəkildə səlis şəkildə çatdırmaq bacarığı;
• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
• Komandada işləmə bacarığı.

Maraqlanan namizədlər mövzu yerində “Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.