Filial müdiri / Filial müdirinin müavini / Qrup Rəhbəri

Vakansiyanın təsviri



İş barədə məlumat

Filial müdiri, Filial müdirinin müavini və Qrup Rəhbəri İş vaxtı 9:00-dan 18:00-a dək.

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC Bakı şəhərində yerləşən Gənclik filialı üçün FİLİAL MÜDİRİ, FİLİAL MÜDİRİNİN MÜAVİNİ VƏ QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əmək haqqı 1500 - 2000 AZN + motivasiya

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar üçün nəzərdə tutulan və ya vermiş olduqları kreditlərə nəzarət etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:

• Lombard və Avto kredit portfeli olan namizədlərə üstünlük veriləcək.
• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.