Əritmə və pəstahalma sahəsi üzrə Metallurq

Vakansiyanın təsviri

“STP Alüminium” MMC İstehsalat Departamentinin Əritmə və pəstahalma sahəsi üzrə Metallurq vakansiyası elan edir.

2012-ci ildən etibarən şirkətimizin nəzdində Toz-boya, Alüminium Profillərin İstehsalı,Texniki Qazlar sahələri fəaliyyət göstərir
Özünə və peşəkarlığına güvənən, metallurgiya sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd:

- Müvafiq sahə üzrə ali təhsilli olması;
- Metallurgiya sahəsində ən azı 2 illik iş təcrübəsi olması;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olması;

Hansı işləri görəcəksiniz:

- Tələb olunan məhsulun analiz göstrəricilərinə uyğun süzüm planını və bu planın yerinə yetirilmə mərhələlərini işləyib hazırlayır.
- Metal süzümü prosesini təşkil edir.
- Yeni məhsulların istehsalata qoyulması, sınaq nümunəsinin hazırlanması istiqamətində araşdırmalar aparır, texnaloji prosesləri işləyib hazırlayır.
- Daima texnoloji proseslərin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparır.
- Metalların və ərintilərin keyfiyyətinin öyrənilməsi üçün metalloqrafik analizlər aparır.
- Avadanlıqların hissələrinin və detallarının dağılması səbəbini analiz edir.
- Məmulatların (istehsal olunan) keyfiyyətinin və etibarlığının artırılması istiqamətində texnoloji proseslərdə dəyişikliklər hazırlanması üçün təkliflər hazırlayır.
- Yeni materialların və texnologiyaların mənimsənilməsi istiqamətində təcrübə-sınaq işlərinin aparılmasında iştirak edir.
- İstehsal olunan metal məmulatların sərf normalarını hazırlayır və maya dəyərinin azaldılması istiqamətində araşdırmalar aparır.
- İstehsal prossesinin hər bir mərhələsinin müddətini, hər bir mərhələdə görülməli olan işləri, xammal tərkib və keyfiyyətinə görə istehsal müddətlərini, tələblərə görə planma şərtlərini tərtib edir.
- Metalşünaslıq və metallurgiya texnologiyaları üzrə qabaqcıl daxili və xarici ölkələrin təcrübələrini öyrənir.
- Tabeçiliyində olan işçilərlə işlərin təhlükəsiz görülməsi, ətraf mühitin qorunması və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə işlər görür.

Nə əldə edəcəksiniz?

- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Adekvat əmək haqqı;
- Davamlı karyera imkanı.

Əlavə məlumatlar:

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Metallurq” yazaraq 25.07.2021 il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.