Kredit Mütəxəssisi və Aparıcı kredit mütəxəssisi (Mingəçevir)

Vakansiyanın təsviri

INTERNATIONAL BOKT(Bank Olmayan Kredit Təşkilatı) QSC Mingəçevir şəhərində yerləşən filiallar üçün Kredit Mütəxəssisi və Aparıcı kredit mütəxəssisi vəzifələrinə işçi axtarışı elan edir.

Əmək haqqı yüksəkdir!!!

İş barədə məlumat:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
– Əmək haqqı 800-1200AZN + motivasiya

Tələblər:

– Azərbaycan dili (Rus dili arzuolunandır);
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən lombard kredit portfeli olan namizədlər qəbul olunur.

E-mail: [email protected]