Filial meneceri (Səlyan)

Vakansiyanın təsviri

Əsas vəzifələr:

- Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kredit vermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
- Yalnız bəy namizədlər
- Yaş həddi (25-35)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Müştəri bazasının olması

Əmək haqqı:

- İş rejimi – həftə ici 1-6 qünləri
- Əmək haqqı 500-1000 AZN arası
- Əmək haqqının 2 misli qədər motivasiya

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Filial meneceri Səlyan " başlığı ilə [email protected] ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.