Korporativ satış üzrə mütəxəssis

Vakansiyanın təsviri

Korporativ satış üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

1. Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
2. Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
3. Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
4. Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
5. Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
6. İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Namizəddən tələblər:

• Yaş: 23-35
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV [email protected] elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.