Kredit Mütəxəssisi və Aparıcı kredit mütəxəssisi

Vakansiyanın təsviri

INTERNATIONAL BOKT(Bank Olmayan Kredit Təşkilatı) QSC Bakı şəhərində yerləşən filiallar üçün Kredit Mütəxəssisi və Aparıcı kredit mütəxəssisi vəzifələrinə işçi axtarışı elan edir.

İş barədə məlumat:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
– Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
– Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
– Əmək haqqı 800-1200AZN + motivasiya

Tələblər:

– Azərbaycan dili (Rus dili arzu olunandır);
– Analitik düşüncə;
– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən lombard kredit portfeli olan namizədlər qəbul olunur.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur.