Qrafik dizayner

Vakansiyanın təsviri

Təəssüf ki, vakansiya elanının müraciət müddəti bitmişdir!



"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Qrafik dizayner

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Mebel üzrə Dizayn sahəsində minumum iki il təcrübəsi olmalıdır;
• Azərbaycan dilini səlist bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Yüksək səviyyəli kompüter bilikləri: Microsoft Office, Adobe PhotoShop, Adobe InDesign, Corel Draw, Illustrator, Adobe Acrobat, Autocad, 3DS Max kimi qrafik proqramlarda işləmək bacarığı
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

• Mağazaların iç və çöl reklamları (logoboxlar, laytboxlar və s.);
• Vizitkartlar (ofis və filiallar üzrə);
• Bukletlər, flayerlər, kataloqların hazırlanması (Açılışlar və kampaniyalar üzrə)
• Promolar (ajanda, qələm, təqvim, qeyd dəftəri, çanta və s.);
• Outdoor və Pilon (tam dizaynın verilməsi)
• Avto brending reklamlar (şirkət avtomobillərinin eskizlərinin işlənməsi)
• Sosial media postları

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü;
• Karyera yüksəlişi imkanı;

Qeyd: Yalnız portfolio təqdim edən namizədlərin CV-ləri nəzərə alınacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/609-qrafik+dizayner