Hüquqşünas (Subroqasiya işləri üzrə)

Vakansiyanın təsviri

Vakansiya : Hüquqşünas (Subroqasiya işləri üzrə)

Vəzifə tələbləri:

• Ali təhsilli olmalı;
• Hüquq üzrə 1-2 il iş təcrübəsi olmalı;
• Hüquqi sənədləri sərbəst hazırlamalı;
• Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.

İş haqqında məlumat:

- Şirkətin fəaliyyəti dövründə subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
- Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
- Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
- Mövcud qanunvericiliyi (sığorta qanunvericiliyini xüsusi olaraq) bilməlidir;
- Şirkəti məhkəmələrdə təmsil etmək.

İş yeri: Azərbaycan Sənaye Sığorta

• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz.
• Email-in mövzu hissəsində “Hüquqşünas (Subroqasiya)” qeyd etməyiniz xahiş olunur.