Kredit Yoxlanışı Üzrə İşçi (Şəmkir)

Vakansiyanın təsviri



“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ŞƏMKİR FİLİALI üçün KREDİT YOXLANIŞI ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər

• Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
• Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək.
• Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq.
• İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək.

Tələblər

• Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi
• Mikro və Aqro kreditlər üzrə minimum 2 il iş təcrübəsi
• Şəmkir və Gədəbəy rayonları üzrə yaşayış ərazilərini yaxşı tanıması
• Yüksək səviyyədə ünsiyyət qurma bacarıqları
• Azərbaycan dilini səlis bilmək
• MS Office bilikləri
• Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 iyul 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Kredit Yoxlanışı Üzrə İşçi (Şəmkir) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.