Yığım üzrə təcrübəçi

Vakansiyanın təsviri

"Optimal Elektronika" MMC praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləməyi bacaran gənclər üçün “Yığım üzrə təcrübəçi” vakansiyasını açıq elan edir.

Tələblər:

• Ali təhsil (yalnız təhsil müəssisələrini bitirənlər üçün);
• Azərbaycan dilini mükəmməl bilməlli;
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
• MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı;
• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsi.

Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?

• Təcrübəsi olan yığım mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək;
• Yığımda zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;
• Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək;
• Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/560-yigim+uzre+tecrubeci