Kreditlərə Nəzarət bölməsinin baş mütəxəssisi (Ağstafa və Zaqatala)

Vakansiyanın təsviri



Vəzifə: Kreditlərə Nəzarət bölməsinin baş mütəxəssisi

İşə götürən: TuranBank ASC
Yaş həddi: 27-35

Vəzifəyə olan tələblər:

• Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
• Bank sahəsi (mikro və biznes kreditləri) üzrə minimum 3 illik iş təcrübəsi
• Analitik təhlil və düşünmə bacarığı;
• Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
• MS Office proqramlarından (MS Excel, Word) sərbəst istifadə qabiliyyəti
• Yüksək ünsiyyət qurma bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Vəzifə öhdəlikləri:

• Filiala daxil olan biznes kreditləri üzrə müraciətlərin yerində təhlil edilərək qiymətləndirilməsi,
• Filialın kredit komitəsinin üzvü olmaqla kreditlər barədə rəy verilməsi,
• Kredit şöbəsi tərəfindən sağlam kreditləşmənin həyata keçirilməsinə nəzarət edilməsi,
• Filial tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
• Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
• Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi.

Qeyd: Ağstafa və Zaqatala şəhərləri üzrə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərinizi göndərərkən email-in mövzu hissəsində Kreditlərə Nəzarət bölməsinin baş mütəxəssisi yazmağınız xahiş olunur.