İnsan Resursları üzrə mütəxəssis

Vakansiyanın təsviri

Əsas tələblər:

• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə;
• Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
• Elektron Hökumət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
• Microsoft Office (Word, Excel, Visio) proqramlarında sərbəst işləmək;
• Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Problemləri həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
• Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
• Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi;
• İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək;
• Aylıq tabelləri hazırlamaq;
• İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
• İnsan Resursları strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması;
• Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
• Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.

Əmək şəraiti:

• İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
• 6 günlük iş rejimi;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə CV-lərini [email protected] ünvanına yollaya bilərlər.