Əməliyyatlara dəstək üzrə aparıcı mütəxəssis

Vakansiyanın təsviri

Əməliyyatlara dəstək üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

- Ödənişlər və ödənişlərlə əlaqəli müştəri müraciətlərini şirkətin prosedurlarına əsasən qəbul etmək
- Korporativ ticket sistemi (Jira) vasitəsi ilə qəbul olunan müraciətləri prioritetləşdirmək və prosedurlara əsasən araşdırmaq
- Araşdırılan insidentləri prosedurlara əsasən eskalasiya etmək
- Ödənişlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
- Öhdəsində olan fəaliyyətləri üzrə prosedur və qaydaları, hesabatlar tərtib etmək
- Ödənişlərlə əlaqəli müraciətlər üzrə müvafiq hesabatlar tərtib etmək
- Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
- Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi
- Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.

Namizədə qoyulan tələblər:

- Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək)
- Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə malik olmalı ( IT Texniki dəstək qrupunda iş təcrübəsi olanlara üstünlük veriləcək)
- İTİL4 üzrə ilkin biliklər. (İTİL4 Foundation sertifikatına malik olanlara üstünlük veriləcək)
- Analitik və alqoritmik düşünmə qabiliyyəti
- Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı
- Fərdi və komanda ilə işləmək qabiliyyəti
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, İngilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində

İş şəraiti:

- Ofis daxili;
- Əmək haqqı 700-1200 AZN
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.

Digər şərtlər

İşə qəbul olunan namizəd, ödəniş vasitələri və sistemlərinin dəstəklənməsi üzrə korporativ təlimlər keçəcək, daxili prosedur və qaydalarla tanış ediləcəkdir.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Əməliyyatlara dəstək üzrə aparıcı mütəxəssis” yazılmalıdır