Təchizat üzrə mütəxəssis

Vakansiyanın təsviri

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri Biznes Strukturlarından birində mövcud olan “Təchizat üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

- Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesini şirkət prosedurlarına uyğun olaraq aparmaq;
- Yerli və xarici bazar araşdırmaları həyata keçirmək və yeni təchizatçıları müəyyən edib, cəlb etmək;
- Danışıqlar aparmaq və endirimlər əldə etmək;
- Yerli və xarici təchizatçılardan təkliflər almaq, müqayisə cədvəllərini/təklifləri dəyərləndirmək və təsdiqə göndərmək;
- Alış müqavilələrini və sifariş tapşırıqlarını (Purchase Order) hazırlamaq və razılaşdırılmasını təşkil etmək;
- Daşıma və gömrük prosesini təşkil etmək;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtlı-vaxtında çatdırılması işini təşkil etmək;
- Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək;
- Satınalma üzrə bütün məlumatların kağız nüsxəsini saxlamaq;
- Struktur daxili müfq hesabatları hazırlamaq;
- Təchizatçıları ilkin olaraq dəyərləndirmək və onların fəaliyyətini vaxtaşırı qiymətləndirmək.

TƏLƏBLƏR:

• Vəzifə üzrə 3 illik iş təcrübəsi
• Azərbaycan, Rus və İngilis dili biliyi
• ERP sistemində iş təcrübəsi
• İşinə məsuliyyətli yanaşma

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.