Təchizat şöbəsinin müdiri

Vakansiyanın təsviri

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri Biznes Strukturlarından birində mövcud olan “Təchizat şöbəsinin müdiri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

- Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesinin şirkət prosedurlarına uyğun olaraq aparılmasının təşkili və izlənilməsi;
- Alış tələbnamələrinin düzgünlüyünün yoxlanılması və təsdiqi;
- Alış tələbnaməsi, təklif qiymətləndirilməsi, alış sifarişi (purchase order), müqavilə və digər təchizat sənədlərinin reyestrinin aparılmasına nəzarət;
- Yerli və xarici təchizatçılardan alınmış təkliflər əsasında hazırlanmış müqayisə cədvəllərinin/təkliflərin qiymətləndirilməsi və hesabatların yoxlanılması;
- Alış müqavilələrinin və sifariş tapşırıqlarının (Purchase Order) yoxlanılması;
- Daşıma və gömrük prosesinə nəzarət edilməsi;
- Tender və strateji alışların aparılmasının şirkət proseduruna uyğun olaraq həyata keçirilməsinə nəzarət;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilərək gecikmələrə yol verilməməsi;
- Digər şöbələr ilə koordinasiya edilərək ehtiyac proqnozlarının əldə edilməsi, material/xidmət ehtiyacının planlamasının hazırlanması və rəhbərliklə razılaşdırılması;
- Təchizatçıların ilkin dəyərləndirilməsi və onların fəaliyyətinin vaxtaşırı qiymətləndirilməsi prosesinin təşkili;
- Təchizat və anbar personalının iş bölgüsünün təşkili;
- Satınalmalar nəticəsində əldə edilmiş qənaətlərin rüblük hesabatının hazırlanması;
- Direktor və Qrup təchizat tərəfindən tələb olunan hesabatların hazırlanması;
- Anbar prosesləri və sənədləşdirmələrinin düzgün aparılmasına nəzarət;
- Minimum anbar qalıqlarının hazırlanmasına nəzarət.

TƏLƏBLƏR:

- Vəzifə üzrə 5 illik iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis dili biliyi
- ERP sistemində iş təcrübəsi
- Liderlik qabiliyyəti
- Yüksək ünsiyyət qurma qabiliyyəti
- Problemi sərbəst həll etmə qabiliyyəti

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.