İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Vakansiyanın təsviri



Azərbaycan Beynəlxalq Bankı İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

- Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
- Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
- Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.

Bizim üçün ideal namizəd:

- Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
- İnduktiv və Analtik Təhlil etməyi bacaran;
- MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Bankda minimum 1-3 il iş təcrübəsi olan;
- Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.