Waiter / Waitress

Vakansiyanın təsviri

Şöbə: Qida və İçki

Vəzifə: Ofisiant

Şirkət: Courtyard by Marriott Baku
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 30 iyul 2021

İşin təsviri:

• Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
• Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
• Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
• İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
• İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
• İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
• Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
• Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
• Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
• Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
• Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
• İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
• Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.

Namizədə olan tələblər

• Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
• Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
• Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
• Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 30.07.2021-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.