Müştəri müraciətlərinə texniki dəstək şöbəsində kiçik mütəxəssis

  • Kapital Bank
  • 3 gün əvvəl
  • Yoxlanılmış işəgötürən

Vakansiyanın təsviri

Ümumi məlumat

“Kapital Bank” namizədləri Pərakəndə Biznesə Dəstək Departamentinin Müştəri müraciətlərinə texniki dəstək şöbəsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın istifadə etdiyi interfeys sistemlərində yarana biləcək texniki dəstək ehtiyatları üzrə müraciətlərin ilkin qəbulu və emalı;
• Həlli üzrə müvafiq funksionallıq mövcud olduqda, operativ həllin yerindəcə həll edilməsi;
• Funksionallıq olmadıqda, digər aidiyyatı strukturlara həlli üzrə operativ dəstək prosesinin təşkil edilməsi;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• SQL və C# istiqamətində ilkin biliklərinin olması arzuolunandır;
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Məsuliyyətlilik və operativlik;
• Yüksək kommunikasiya qabiliyyəti.

İş qrafiki: Növbəlilik əsasında iş qrafikləri dəyişə bilir.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.azportalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.