Mikro kreditlər üzrə Bölmə Rəhbəri (Cəlilabad və Tovuz filialları üzrə)

  • Kapital Bank
  • 2 gün əvvəl
  • Yoxlanılmış işəgötürən

Vakansiyanın təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri Cəlilabad və Tovuz filialları Mikro kreditlər üzrə Bölmə Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
• Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
• Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər

• Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
• Səlis Azərbaycan dili
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə minimum 3 il iş stajı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.