Müştəri İşləri üzrə Koordinator (Bakı)

Vakansiyanın təsviri

Müştəri İşləri üzrə Koordinator (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Müştəri İşləri üzrə Koordinator vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• "KredAqro" BOKT MMC-nin Baş Ofisində bütün sığorta işləri üzrə sənədləşmənin təşkili, bu sahəyə dair hesabatların tərtib edilməsi, əməkdaşlıq etdiyimiz sığorta şirkətləri ilə koordinasiya;
• Azərbaycan Kredit Bürosundan müştəri məlumatlarının sorğulanması və yüklənməsi işinin icrası.

Tələb olunan keyfiyyətlər:

• Ali və ya orta ixtisas təhsili;
• Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
• Əmək haqqı 500 manat gross.

Tələblərə cavab verən şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Müştəri İşləri üzrə Koordinator” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.