Sales accountant

Vakansiyanın təsviri



“STP-AH” MMC Mühasibatlıq Şöbəsinə Satış üzrə mühasib (Sales accountant) vakansiyası elan edir.

Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir. Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində mühasibatlıq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
- Mühasibatlıq sahəsində 3/5 illik iş təcrübəsi olan;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Logo və ya digər mühasibat proqramları bilikləri olmalı;
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dil biliyi arzuolunandır.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

- İlkin satış sənədlərinin, müqavilələrin hazırlanması;
- İxracat və idxalat sahələrində təcrübəli olan, sənədləşmələri (ST1, CMR, İnvoice, Packing list və s.) bilməli;
- Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi;
- Satışa aid hesabatların müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etməli;
- Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili;
- Dövrü hesabatların hazırlanması və təhlili;
- Yeni müştərilərlə müqavilələrin bağlanılması;

Nə əldə edəcəksiniz ?

- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sales accountant” yazaraq 30.07.2021 il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.