Satınalma üzrə aparıcı mütəxəssis

Vakansiyanın təsviri

A+CO” ASC şirkəti “Satınalma üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Ali təhsil
• Göstərilən vəzifə üzrə ən azı 3-5 illik iş təcrübəsi;
• İstehsalat sahəsində təcrübə mütləqdir.
• Microsoft Office proqramlarını bilməli;
• Dili bilikləri : Azərbaycan dili, Rus dili, İngilis dili;
• Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;

Vəzifə öhdəlikləri:

• Şirkətin satınalma prosesinin təşkili və idarə edilməsində iştirak edilməsi;
• Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
• Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
• Satınalma əməliyyatlarının aparılması üçün meyar və normaların, tədarükçülərlə hesablaşma prosedurunun müəyyənləşdirilməsi və əlaqələndirilməsi;
• Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görülməsi;
• Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparılması;
• Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.